Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə məktəblilərin Azərxalça ASC- nin Qazax  filialına ekskursiyası təşkil edilib

07.10.2021

07 oktyabr 2021-ci il tarixində Qazax rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 27 sentyabr 2021- ci il tarixli 07/04-1840/2021 nömrəli məktubunun icrası məqsədilə Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər planına əsasən Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması istiqamətində təhsil müəssisələrində işğaldan azad olunmuş bölgələrin tarixi və coğrafiyası, flora və faunası, adət- ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə  layihə və tədbirlərin həyata keçirilməsi çərçivəsində Qazax şəhər S.Vurğun adına 2 saylı tam orta  məktəbin IX sinif şagirdlərinə “Qarabağ xalçaları” başlıqlı Açıq dərs keçirilmişdir. Açıq dərs Qazax şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbdə yaradılmış Peşə təmayüllü sinifdə, IX sinif şagirdlərinə  Qarabağ xalçaları haqqında məlumat verildi və bildirildi ki, Azərbaycanın döyünən ürəyi Qarabağ təkcə füsunkar təbiəti ilə deyil həm də qədim tarixi abidələri, musiqisi, incəsənəti ilə də dünyada məşhurdur. Qarabağ həm də nəfis xalçaların vətənidir. Qarabağda  toxunan xalçalar Azərbaycan xalçaçılıq sənətinin nadir incilərindəndir. Qarabağ bölgəsi xalça sənətinin inkişafı üçün zəruri olan xammal ehtiyatının bol olduğu üçün böyük təkan olmuşdur. Qarabağ xalçaçılığın inkişaf etdiyi ən qədim məkanlardandır. Qarabağ xalçalarının rəng politrası çox zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rəglərinin ən zərif çalarlarını özündə əks etdirir.  Bu xalçaların rəngləri şux və parlaq olur.  
Sonra məktəblilərin Azərxalça ASC- nin Qazax  filialına ekskursiyası təşkil edildi. Azərxalça ASC- nin Qazax  filialınin direktoru Razim İbrahimov məktəblilərə Qarabağ xalaçaçılıq məktəbi, sıx, hündür və yumşaq xova malik Qarabağ xalçaları, Qarabağ xalçalarında istifadə olunan ilmələr, ornamentlər haqqında geniş məlumat verdi. Şagirdlər xalça toxunuşu prosesini əyani şəkildə izləyib, toxucuların  köməyi ilə ilmələrin vurulması qaydasını öyrəndilər və həmçinin xalça hazırlamaq üçün istifadə edilən xammal və ləvazimatlarla tanış oldular. Naxışlarla bağlı şagirdlərin sualları cavablandırıldı. Ekskursiya uşaqların marağına səbəb oldu.